Tibbi xəbərlər
Öz-özünə danışan insanlar dəli sayılır?
Tibbi xəbərlər
593

Öz-özünə danışan insanlar dəli sayılır?

Bəzən öz-özünə danışan insanlara rast gəlmək olur.

E-saglam.az xəbər verir ki, bəziləri bu şəxsləri dəli adlandırsalar da psixoloqlar fərqli düşüncədir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, stressdən çıxmağın müxtəlif yolları var və buna beynin müdafiə mexanizmi deyirlər.

Bəzən kimsə istirahətə getməklə, kimsə yatmaqla, yaxud hansısa bir məsələni zarafata salmaqla stressdən qurtulmağa çalışırlar. 

Elə hallar da olur ki, kimsə bunu öz-özünə danışmaqla edir:

"Normal olmayan hərəkətlər xəstəlik əlamətləri deyil. Təbii ki, öz-özünə danışmaq hamıya xas xüsusiyyət deyil, amma kiminsə öz-özünə danışmağı onu xəstə adlandırmağa əsas vermir. Həkim müayinəsi ilə təsdiq edilmədiyi halda heç kəsə xəstə diaqnozu qoymaq olmaz".

Psixoloq hesab edir ki, öz-özünə danışan insanlar dəli sayılmır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun