Tibbi xəbərlər
Peyvənd olunanların sayı açıqlanıb
Tibbi xəbərlər
228

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 33 482 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 594, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 457, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 431 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 407 447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 175 536, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 684 670, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 547 241 təşkil edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun