Tibbi xəbərlər
Prezident bu xəstəxananın direktorunu təltif etdi
Tibbi xəbərlər
392

Prezident bu xəstəxananın direktorunu təltif etdi - FOTO

Yardımlı Rayon Mərkəzi xəstəxananın direktoru Rasim Əkbərov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib.

E-saglam.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Yardımlı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Rasim Əkbərovda siyahıda yer alıb.

Bununla əlaqədar olaraq, Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi baş tutub.

Rayon rəhbəri təltif olunanları təbrik edərək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Daha sonra Ayaz Əsgərov tərəfindən medallar sahiblərinə təqdim olunub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun