Tibbi xəbərlər
Qadın 25 dəqiqəlik ürək dayanmasından sonra
Tibbi xəbərlər
899

Qadın 25 dəqiqəlik ürək dayanmasından sonra sağ qaldı

ABŞ-ın Minnesota sakini 25 dəqiqəlik ürək dayanmasından və iki həftəlik komadan sonra sağ qalıb.

E-saglam.az xəbər verir ki, bu barədə "Fox News" xəbər verir.

Cheryl Jordan Winston 2020-ci ildə ürəyi qəfil döyünəndə 48 yaşında olub. Qadın yataq otağında huşunu itirib. Əri Uinston dərhal təcili yardım çağırıb və tibb işçiləri gələnə qədər həyat yoldaşına ürək masajı edib. 

Həkimlər Uinstonu həyata qaytarmaq üçün defibrilatordan istifadə ediblər və sonra onu xəstəxanaya aparıblar və o, tibbi səbəblərdən komaya düşüb.

Qadın iki həftə komada qalıb və sağ-salamat oradan çıxıb. 

Qadının sözlərinə görə, əvvəllər ürəyində heç vaxt problem olmayıb. O, yorğunluq hiss etməyib və sinə ağrısından şikayəti olmayıb. O, sonradan öyrəndi ki, belə simptomların olmaması ürək-damar sistemində heç bir problem olmadığı anlamına gəlmir: "25 dəqiqə ərzində ürəyim döyünməsə də, heç bir ciddi problemlər yaşamadım və normala qayıda bildim" - dedi, Uinston.

Həkimlər Uinstona bildiriblər ki, ərinin ona göstərdiyi ilk yardım onun həyatını xilas edib.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun