Tibbi xəbərlər
Qadın 7 il mədəsində qayçı ilə yaşayıb
Tibbi xəbərlər
252

Qadın 7 il mədəsində qayçı ilə yaşayıb

Türkiyəli cərrahlar 7 il əvvəl əməliyyat zamanı xəstənin mədəsində unudulmuş cərrahi qayçını çıxarıblar.

E-saglam.az xəbər verir ki, hadisə Kahramanmaraşda baş verib.

Belə ki, şəhər sakini baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. MRT müayinəsi zamanı onun mədəsində 16 santimetrlik cərrahi qayçı tapılıb.

Araşdırmalar nəticəsində, qayçının 7 il əvvəlki əməliyyat zamanı həkimlər tərəfindən unudulduğu məlum olub. Yeni əməliyyatla qayçı uğurla çıxarılıb.

Xəstə, illər öncə əməliyyatı aparan həkim barəsində prokurorluğa şikayət edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun