Tibbi xəbərlər
Qadın öz hamiləliyini hiss etməyib və
Tibbi xəbərlər
3753

Qadın öz hamiləliyini hiss etməyib və qəfildən əkiz uşaq dünyaya gətirib

Hamilə olduğunu bilməyən irlandiyalı qadın qəfildən əkiz uşaq dünyaya gətirib.

E-saglam.az xəbər verir ki, bu barədə "Dublin Live" xəbər verir. 

Cork şəhərində layihə meneceri kimi çalışan qadın, doğumdan əvvəlki aylarda təxminən altı kiloqram arıqladığını, lakin bu barədə heç nə düşünmədiyini iddia edir. O, hamiləliyin başqa əlamətlərini hiss etməyib və son ana qədər kontraseptiv qəbul etməyə davam edib.

Həkimə müraciətin səbəbi şiddətli vaginal qanaxma olub. Müayinədən sonra qadına və ərinə onun hamilə olduğu və tezliklə əkiz, hətta üçəm dünyaya gətirəcəyi bildirilib. Mütəxəssislər hamiləliyin dəqiq müddətini təyin edə bilmədilər, lakin 7,5 ay civarında olduğu fikrini irəli sürüblər.

Əkizlər təcili qeysəriyyə əməliyyatından sonra dünyaya gəliblər. Oğlanlara Tadhq və Quan adları verilib.

Bundan daha öncə də, hamiləliyindən şübhələnməyən iki uşaq anası ağrıdan şikayət edərək xəstəxanaya gedib və qəfildən oğlan uşağı dünyaya gətirmişdi. 

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun