Tibbi xəbərlər
Qazaxıstanda beyin ölümü keçirmiş donordan
Tibbi xəbərlər
362

Qazaxıstanda beyin ölümü keçirmiş donordan dörd xəstəyə orqan köçürülüb

Şərqi Qazaxıstan Regional Xəstəxanasında beyin ölümü keçirmiş donor üzərində dörd xəstəyə orqan transplantasiyası əməliyyatı aparılıb.

E-saglam.az xəbər verir ki, bu barədə “Kazinform” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, 39 yaşlı kişiyə beyin ölümü diaqnozu qoyulandan sonra onun orqanları yaxınları tərəfindən bağışlanılıb və bununla da dörd nəfərin həyatı xilas edilib.

“1977-ci il təvəllüdlü kişiyə ürək, 1962-ci il təvəllüdlü qadına ağciyər, 2015-ci il təvəllüdlü uşağa böyrək, 1966-cı il təvəllüdlü qadına isə digər böyrək köçürülüb”, - deyə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.(Azərtac)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun