Tibbi xəbərlər
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında hansı yeni şöbələr fəaliyyətə başlayacaq? -
Tibbi xəbərlər
645

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında hansı yeni şöbələr fəaliyyətə başlayacaq? - Açıqlama

"Hazırda xəstəxananın nəzdində 3 ailə sağlamlıq mərkəzi, 30 tibb məntəqəsi və 5 həkim məntəqəsi fəaliyyət göstərir, ümumilikdə isə burada 126 həkim, 407 orta tibb işçisi, 367 qeyri-tibb işçisi olmaqla 900 nəfər çalışır. Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 165-dir".

Bu barədə E-saglam.az-a açıqlamasında Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov məlumat verib.

O bildirib ki, 2024-cü ildə əməliyyat sayının artırılmasını planlayırlar: "Qastroenteroloji prosedur və əməliyyatların icrası, kardiologiya, travmatalogiya, nevrologiya və oftalmologiya şöbələrinin fəaliyyətə başlaması, eləcə də göz əməliyyatlarının icrası xəstəxananın əsas məqsədlərindəndir". 

Könül Oruc 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun