Tibbi xəbərlər
Qobuda itlərin dişlədiyi uşağın vəziyyəti
Tibbi xəbərlər
415

Qobuda itlərin dişlədiyi uşağın vəziyyəti açıqlanıb

Qobuda itlərin dişlədiyi doqquz yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.

E-saglam.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir".

Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun