Tibbi xəbərlər
Quş qripi insana toyuq və yumurtadan
Tibbi xəbərlər
305

Quş qripi insana toyuq və yumurtadan keçə bilərmi?

Quş qripi, əsasən quşlar arasında yayılan, nadir hallarda insanlara keçə bilən A tipli H5N1 virusunun yaratdığı xəstəlikdir. Virus yoluxmuş quşların tüpürcəyi, nəcis və bədən mayeləri vasitəsilə yayılır.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, insanlara birbaşa təmas yolu ilə ötürülməsi mümkündür, lakin düzgün bişirilmiş quş əti və yumurta ilə keçdiyinə dair sübut yoxdur.

Tövsiyələr:

- Çiy və ya az bişmiş quş əti və yumurtadan çəkinin.

- Çiy ət və yumurta ilə təmasdan əvvəl və sonra əllərinizi yaxşıca yuyun.

- Çiy qidaları ayrı saxlayın və təmizləmə alətlərini isti, sabunlu su ilə yuyun.

- Yumurtaları 40°F (4°C) və ya daha aşağı temperaturda saxlayın.

Bu ehtiyat tədbirləri ilə quş qripindən qorunmaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun