Fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu həmin xəstəxanadan çıxıb.
E-saglam.az xəbər verir ki, bununla bağlı Rey Kərimoğlu özü məlumat verib.
“Ayın 22-dən etibarən Xətai Tibb Mərkəzində müalicə alıram. Vəziyyətim ağır idi. Həkimlərin səyi nəticəsində təzyiqi normala qaytarmaq mümkün olub. İndi o xəstəxanadan çıxdım. Çox güman ki, yaxın günlərdə ya xəstəxanaların, ya da bərpa mərkəzlərinin birində müalicəmi davam etdirəcəyəm. Hələlik ev şəraitində müalicə alıram”, - deyə Rey Kərimoğlu bildirib.
Qeyd edək ki, onun vəziyyəti hələ də ağır stabil qiymətləndirilir.