Tibbi xəbərlər
Rusiyada həkimlər uşağın bədənindən qəlsəmə çıxarıblar
Tibbi xəbərlər
1222

Rusiyada həkimlər uşağın bədənindən qəlsəmə çıxarıblar - FOTO

Rusiyada həkimlər nadir patologiyası olan azyaşlı xəstəni əməliyyat ediblər. Dörd yaşlı uşağın boynunda qəlsəmə olub.

E-saglam.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

Həkimlərin fikrincə, belə bir anadangəlmə patologiya yalnız cərrahi yolla aradan qaldırıla bilər. Lazımi müayinələrdən sonra xəstə əməliyyat olunub. Bir neçə saat davam edən əməliyyat uğurla başa çatıb.

“Törəmə açılanda tağlı sümük strukturu aşkar edilib. Bu, çox nadir rast gəlinən anomaliyadır”, - deyə xəstəxananın uşaq cərrahiyyəsinin rəhbəri Viktoriya Jironkina bildirib.

Müdaxilədən sonra uşaq özünü yaxşı hiss edib və artıq evə buraxılıb.

Mənbə: gazeta.ru / Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun