Qastroenteroloq Ekaterina Kaşux deyir ki, saqqız, məşhur yanlış təsəvvürün əksinə olaraq, qastritin inkişafına səbəb olmur.
E-saglam.az xəbər verir ki, bu sözləri o, “İzvestiya” ilə söhbətində deyib.
Kaşux acqarına saqqız çeynəmək vərdişinin mədə şirəsinin istehsalını artırması və qastritə səbəb olması inancını səhv adlandırıb: "Əslində, bu belə deyil və hətta uzun müddət çeynəmək mədə şirəsinin həcminə və turşuluğuna ciddi təsir göstərmir".
Üstəlik, onun sözlərinə görə, çoxları ürək yanmasından xilas olmaq ümidi ilə saqqız çeynəyir. Qastroenteroloq hesab edir ki, bu üsul mənasız deyil, çünki çeynəmə zamanı daha çox tüpürcək əmələ gəlir, o, mədədə artıq turşunu yuyur və bununla da narahatlığı aradan qaldırır. Lakin həkim xəbərdarlıq edib ki, bunun heç bir elmi sübutu yoxdur.
Kaşux bildirib ki, bununla belə, saqqız çeynəməyin elmi cəhətdən sübut edilmiş faydaları da var. Məsələn, diş çürüməsinin qarşısını alır.
Həkim izah edib ki, yemək yeyərkən ağızda turşuluq artır və bu da diş minasına zərər verir: "Turşu səviyyəsi təbii olaraq bir saat ərzində, saqqızla isə cəmi 20 dəqiqə ərzində normallaşdırılır".
Bundan əlavə, Kaşux qeyd edib ki, saqqız bir müddət aclığı yatırmağa və qəlyanaltı həvəsindən yayındırmağa kömək edir. Ancaq həkim xəbərdarlıq etdi ki, arıqlamaq üçün bu üsuldan istifadə etməməlisiniz. Onun sözlərinə görə, daim çeynəmək vərdişi həzmsizliyə səbəb ola bilər, çünki saqqızdakı dadandırıcılar yüngül işlətmə təsirinə malikdir.
Tərcümə etdi: Könül Oruc