Tibbi xəbərlər
Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə
Tibbi xəbərlər
257

Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var

"Azərbaycanda səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəd var ki, onlar ya tamamilə yenilənməli, ya da müəyyən dəyişikliklər edilməlidir".

E-saglam.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, həmin sənədlər kadrlarla, ilkin səhiyyə xidmətləri ilə, maddi-texniki baza ilə və s. bağlıdır:

"Azərbaycanda ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır. Tibbi xidmətlərin sayının artırılması ilə bağlı işlər gedir. Xidmətlər zərfindəki 35 xidməti 150-yə çatdırmağı nəzərdə tuturuq. Bərdə rayonundakı pilot layihəyə görə isə bu say 83-ə çatdırılacaq".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun