Tibbi xəbərlər
Son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb
Tibbi xəbərlər
150

Son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, xəstəlikdən 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 824 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 524 nəfər müalicə olunaraq sağalıb, hazırda 368 aktiv xəstə var. Bu günə qədər 9 987 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682, bu günə qədər isə ümumilikdə 7 395 267 test icra olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun