Tibbi xəbərlər
Süd məhsullarında kişi hormonları var
Tibbi xəbərlər
1889

Süd məhsullarında kişi hormonları var

Süddə olan androgenlər dəridə iltihab, civzə və səpkiləri artıra bilər.

E-saglam.az medicina.az-a istinadən xəbər verir ki, dermatoloq Andrey Kuznesov akne xəstəliyində süd məhsullarının rolundan danışıb.

“Akne piy vəzilərinin xəstəliyidir, orqanizmdə hormonal dəyişiklik, daha çox kişi cinsiyyət hormonlarının çoxalması fonunda baş verir. Piy vəziləri normadan artıq dəri sekreti hasil edir, nəticədə "Cutibacterium acnes" bakteriyalarının çoxalmasına, həmin sahədə iltihab, qızarma və səpkilərə səbəb olur.

Bir çox tədqiqat sübut edib ki, çox miqdarda süd və təzə süd məhsullarının qəbulu orqanizmdə androgenləri çoxaldır.

Çörək və un məmulatları isə qanda şəkəri və insulin hasilini artırır, nəticədə insulinrezisdentlik yaradır. Bu da dəri piy vəzilərinin sekresiyasını artırır, nəinki üzdə, bədəndə də iltihab və səpkilər çıxır. Ona görə akne müalicəsində 50% dərmandırsa, 50% pəhrizdir.

Müalicə ərəfəsində süd və süd məhsullarını, eləcə də şirniyyatı çıxarmaq lazımdır. Daha çox tərəvəz, meyvələr yeyin, antioksidant təsirli giləmeyvələr seçin”, - dermatoloq qeyd edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun