Tibbi xəbərlər
Sumqayıtda kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub - YENİLƏNİB - 2
Tibbi xəbərlər
89

Sumqayıtda kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub - YENİLƏNİB - 2

Sumqayıt şəhərində kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub.

Bu barədə Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən 9 nəfəri abulator müalicə üçün evə buraxılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 3 nəfərin isə terapiya şöbəsində müalicəsi davam etdirilir: "Onların vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur".

"TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib. Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir".

Bu barədə mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Lalə İbadova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müraciət edənlər zəhərlənmə diaqnozu ilə müşahidə otağına yerləşdirilib: "Hazırda xəstələrin vəziyyəti qənatbəxşdir. Əhvalı yaxşılaşan xəstələr artıq evə buraxılıb. Hazırda terapiya şöbəsində 5, müşahidə otağında isə 3 pasiyent qalıb və onlar həkim nəzarətindədir. Müşahidə otağında olanlara da tibbi yardımlar olub və gün ərzində evə buraxılacaqlar".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun