Tibbi xəbərlər
Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə
Tibbi xəbərlər
948

Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə başlayıb

Tailandda süni intellekt texnologiyasından depressiyaya düşən və intihar etmək istəyən insanlara kömək etmək üçün istifadə olunmağa başlanılıb.

E-saglam.az xəbər verir ki, Tailandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətinin qiymətləndirilməsini asanlaşdırır.

Tailand Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələri tərəfindən birgə hazırlanmış süni intellekt texnologiyası nazirliyin arxivindəki xəstələrlə bağlı səs yazılarını təhlil edir və depressiya əlamətlərini, intihar düşüncələrinə meyilliliyi aşkar edə bilir.

“AI DMIND” texnologiyası sınaq mərhələsində Tailandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi qənaətbəxş hesab edilib.

Mənbə: Haber Global /oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun