Tibbi xəbərlər
TƏBİB: Güclü küləyə görə 4 nəfər xəsarət alıb
Tibbi xəbərlər
415

TƏBİB: Güclü küləyə görə 4 nəfər xəsarət alıb

Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb.

E-saglam.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə üç ünvan üzrə 4 müraciət qeydə alınıb. Onların hər birinə təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2-si kişi, 2-si isə qadın olub. Onlardan 2-si (1 qadın, 1 kişi) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. İki nəfərə (1 qadın, 1 kişi) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun