Tibbi xəbərlər
TƏBİB: "Təcili yardım gələnə qədər Hacı Şahin ürəktutmadan vəfat edib"
Tibbi xəbərlər
261

TƏBİB: "Təcili yardım gələnə qədər Hacı Şahin ürəktutmadan vəfat edib"

TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb.

Qurumdan  E-saglam.az-a bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb: "Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib".

Allah rəhmət etsin!

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun