Tibbi xəbərlər
TƏBİB: Xaricdə vaksinin bir dozasını alıb ikincisini Azərbaycanda vurdurmaq məsələsi müzakirə olunur
Tibbi xəbərlər
74

TƏBİB: Xaricdə vaksinin bir dozasını alıb ikincisini Azərbaycanda vurdurmaq məsələsi müzakirə olunur

“Xaricdə istənilən vaksinin bir dozasını alıb ikincisini Azərbaycanda vurdurmaq məsələsi hazırda müzakirə olunur”.

E-saglam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

TƏBİB rəsmisi qeyd edib ki, Səhiyyə və Xarici İşlər Nazirliyi bu istiqamətdə birgə çalışır:

“Müzakirələr davam edir. Ölkələrarası sənədlərin qarşılıqlı tanınması prosesi üzərində işlənilir. Yaxın günlərdə bu barədə qərarın qəbul edilməsi gözlənilir və ictimaiyyətə geniş məlumat veriləcək”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun