Tibbi xəbərlər
Tədqiqatçılardan qadın sonsuzluğu ilə bağlı YENİLİK:
Tibbi xəbərlər
377

Tədqiqatçılardan qadın sonsuzluğu ilə bağlı YENİLİK: Dəri hüceyrəsindən yumurta yaradırlar

Sonsuzluğun müalicəsində yeni üsullar diqqəti cəlb edir. ABŞ-dakı OSHU tədqiqatçıları dəri hüceyrələrindən yumurta istehsal etmək üçün bir texnika üzərində çalışdıqlarını açıqladılar.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, sonsuzluğun müalicə üsullarını təkmilləşdirmək üçün hər gün yeni texnikalar tətbiq edilir. Bu texnikaları inkişaf etdirmək üçün aparılan elmi araşdırmalardan biri ABŞ-ın Oreqon Sağlamlıq və Elm Universiteti (OHSU) tərəfindən irəli sürülüb. OSHU tədqiqatçıları dəri hüceyrəsini yumurtaya çevirməyə əsaslanan yeni texnika üzərində çalışdıqlarını açıqladılar.

Yeni tədqiqat dəri hüceyrəsini canlı embrionlar istehsal edə bilən yumurtaya çevirməklə sonsuzluğun müalicəsi üçün vəd verir. Bildirilir ki, bu texnikadan irəli yaşda ana olan qadınlar və ya əvvəllər xərçəng müalicəsi və ya digər səbəblərdən canlı yumurta istehsal edə bilməyən qadınlar istifadə edə bilər.

Science Advances jurnalında dərc olunan araşdırmada OHSU Embrion Hüceyrə və Gen Terapiyası Mərkəzinin direktoru Şöhrət Mitalipov deyib ki, məqsəd öz yumurtası olmayan xəstələr üçün yumurta istehsal etməkdir. 

Siçanlar üzərində təcrübə apararaq, tədqiqatçılar dəri hüceyrəsinin nüvəsini onun xromosomlarını yarıya endirməyə inandırdılar. Beləliklə, bu hüceyrə daha sonra canlı bir embrion yaratmaq üçün bir sperma hüceyrəsi tərəfindən mayalana bilər. 

Dr. Amato əlavə edib ki, texnikanın klinik istifadəyə hazır olması illər çəkəcək, hələ çox iş görülməlidir. 

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun