Tibbi xəbərlər
Təyyar Eyvazov: "Ölkədə epidemioloji durum nəzarət olunan, dayanıqlı həddədir"
Tibbi xəbərlər
226

Təyyar Eyvazov: "Ölkədə epidemioloji durum nəzarət olunan, dayanıqlı həddədir"

“Hazırda Azərbaycanda koronavirusla əlaqəli epidemioloji durum nəzarət olunan, dayanıqlı həddədir”.

E-saglam.az xəbər verir ki, bunu Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq yeni yoluxma hallarının sayı minimaldır: “Aktiv xəstə sayı çox aşağıdır, ümumilikdə indiyə qədər bütün yoluxanların cüzi bir hissəsini təşkil edir. Lakin unutmamalıyıq ki, pandemiya bitməyib və virusun hələ kifayət qədər mutasiyaya uğrayıb yeni yayılma dalğasını törətmək potensialı var. Biz bunu hazırda müşahidə edirik və həmin ştamlardan birinin yenidən geniş yayılması istisna deyil”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun