Tibbi xəbərlər
Tibdə inqilab: Xəstələrin öz ürək qapaqlarını
Tibbi xəbərlər
578

Tibdə inqilab: Xəstələrin öz ürək qapaqlarını bərpa etmək mümkün ola bilər

ABŞ-də hər il 5 milyondan çox insana ürək qapağı xəstəliyi diaqnozu qoyulur, lakin mövcud müalicə üsulları məhduddur.

E-saglam.az xəbər verir ki, Georgia Texnologiya İnstitutu və Emory Universitetinin tədqiqatçıları "bioresorbable" materiallardan və 3D çap texnologiyasından istifadə edərək yeni ürək qapağı implantı hazırlayıblar.

Bu implant bədənə yerləşdirildikdən sonra tədricən sorulur və yerində xəstənin öz toxuması böyüyərək yeni qapaq əmələ gətirir.

Bu yanaşma xüsusilə uşaqlar üçün təkrar əməliyyat ehtiyacını azalda bilər.

İmplantın əsas üstünlükləri forma yaddaşı, bioresorbsiya və fərdi uyğunlaşmadır. Tədqiqatçılar bu texnologiyanın ürək cərrahiyyəsində yeni dövrün başlanğıcı olacağını ümid edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun