Ürək bulantısını necə aradan qaldırmaq olar? Ürək bulanmasına nələr yaxşı təsir göstərir? Bu sualların cavabını hazırladığımız yazıdan oxuya bilərsiniz.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, həyatımızın müəyyən dövrlərində qarşılaşdığımız bu mədə narahatlığına yaxşı təsir edəcək bəzi təbii üsullar var. Bu üsullar sizi ürək bulanmasından azad edəcək.
Budur ürəkbulanmanı aradan qaldırmaq üçün 8 təbii üsul...
1. Zəncəfil
Mətbəxlərimizdə ən şəfalı ədviyyatlardan sayılan zəncəfilin faydaları saysız-hesabsız olsa da, zəncəfilin ürək bulanmasının ən böyük dərmanlarından biri olduğunu bilməyən varmı? Mədə turşusunu neytrallaşdıraraq mədə əzələlərini rahatlaşdıran təzə zəncəfil istehlakı və ya onun çayını içmək ürək bulanması üçün ən etibarlı həll yollarından biridir.
2. Çobanyastığı çayı
Ümumilikdə yuxusuzluğun dərmanı kimi tanınsa da, çobanyastığı çayının ürək bulanmasına da çox yaxşı təsir etdiyini söyləməyə dəyər. Xoş qoxusu və mədədəki sakitləşdirici təsiri ilə ürək bulantısını dərhal aradan qaldırır. Ancaq çox istehlak etməməlisiniz.
3. Banan
Kaliumla zəngin meyvələrdən biri olan banan ürək bulanması üçün ən ləzzətli dərmanlardan biridir. Mədənin selikli qişasının ifrazını artıraraq mədəni qoruyan bananlara ürəkbulanma zamanı üstünlük verilməsə də, ürək bulanmasına qarşı çox təsirli bir meyvə olduğunu söyləməkdə fayda var.
4. Alma
Ən çox istehlak edilən meyvələrdən biri olan almanın ürək bulanmasına da çox yaxşı gəldiyini bilirdinizmi? Təbii ki, şirin qırmızı alma yox, yaşıl turş alma... Alma həvəskarlarının nəzərinə: Turş alma mədəni rahatlaşdıraraq ürək bulanmasının qarşısını alan meyvələrdən sadəcə biridir.
5. Limon
Mətbəxlərimizdə tez-tez istifadə etdiyimiz və bir çox dərdin dərmanı olan limon ürək bulanmasına da dərmandır. Bir stəkan suya bir dilim limon mədə turşusunu tarazlaşdırarkən və ürək bulanmasının qarşısını alır. Hətta sadəcə limonun qoxusu da ürək bulanmasının qarşısını almağa kömək edə bilər.
6. Qatıq
Tərkibində heç bir qatqı olmayan evdə hazırlanan qatıqlarımızın mədəmizə dost olduğunu desək necə olar? Probiyotiklərlə zəngin olan qatıq həzm sistemimizi tənzimləyir, mədə kramplarını aradan qaldırır, ürək bulanmasını qısa müddətdə kəsir.
7. Alma sirkəsi
Qeyd etmək istərdik ki, mədəsində problem olanlar bu üsulu tətbiq edərkən çox diqqətli olsunlar... 1 stəkan suya 1 çay qaşığı alma sirkəsi əlavə edib için. Bu, mədə turşusunu neytrallaşdıracaq və ürəkbulanmanızı aradan qaldıracaq.
8. Kartof
Kartofu düzgün şəkildə istifadə etdikdə edildikdə ürək bulanmasının ən böyük düşmənlərindən biri olduğunu bilirdinizmi? Qaynadılmış kartof mədə turşusunu azaldır, mədə kramplarını və ürəkbulanmanı aradan qaldırır.
Tərcümə etdi: Könül Oruc