Sağlamlıq
Uşaqlarda fiziki aktivlik
Sağlamlıq
17

Uşaqlarda fiziki aktivlik niyə vacibdir?

Mütəxəssislər bildirir ki, uşaqlarda idmana və aktiv həyat tərzinə maraq yaratmaq onların həm fiziki, həm də zehni inkişafı üçün böyük əhəmiyyət daşıyır. Oturaq həyat tərzi isə əksinə, bir sıra problemlərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, hərəkətsizlik çox vaxt yuxu pozğunluqları və qeyri-sağlam qidalanma ilə müşayiət olunur. Bu isə uşaqlarda yorğunluq, halsızlıq və aktivliyə marağın azalmasına gətirib çıxarır, nəticədə problem daha da dərinləşir.

Mütəxəssislərin sözlərinə görə, fiziki aktivlik yalnız kalori yandırmaq deyil, eyni zamanda beynin inkişafı üçün vacib amildir. Aktiv hərəkət neyron əlaqələrin formalaşmasını dəstəkləyir, koordinasiya, diqqət, öyrənmə və emosional tənzimləmə ilə bağlı beyin sahələrinin inkişafına müsbət təsir göstərir.

Bundan əlavə, idman əzələ tonusunu gücləndirir və düzgün duruşun formalaşmasına kömək edir. Hərəkətsizlik isə zəif əzələlərə, skolioz, yastı ayaqlıq və baş ağrılarına səbəb ola bilər.

Fiziki aktivlik uşaqların emosional vəziyyətinə də təsir edir. Mütəxəssislər bildirir ki, idman stress hormonunu azaldır, “xoşbəxtlik hormonları”nın səviyyəsini artıraraq uşağın özünü daha yaxşı hiss etməsinə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun