Sağlamlıq
Alimlər meyvə və tərəvəzlərdə ömrü uzadan unudulmuş
Sağlamlıq
34

Alimlər meyvə və tərəvəzlərdə ömrü uzadan unudulmuş bir birləşmə aşkar ediblər

Alimlər bildirir ki, gündəlik qidalanmada istifadə olunan bəzi meyvə və tərəvəzlərdə olan az tanınan bitki birləşməsi sağlam yaşlanma və beyin xəstəliklərindən qorunmada mühüm rol oynaya bilər.

E-saglam.az xəbər verir ki, söhbət fitoen adlı rəngsiz karotenoiddən gedir. Bu maddə daha çox tanınan beta-karoten və likopen kimi birləşmələrlə müqayisədə az diqqət çəksə də, pomidor, yerkökü, portağal və bibər kimi qidalarda mövcuddur.

Aparılan laborator tədqiqatlarda fitoenin təsiri diqqət çəkib. Eksperimentlər göstərib ki, bu maddə bəzi canlılarda ömür müddətini 10–18,6 faiz artırıb. Eyni zamanda Alzheimer xəstəliyi ilə əlaqəli olan və beyində yığılan amiloid zülalının zərərli təsirləri 30–40 faiz azalıb.

Araşdırmalar həmçinin göstərir ki, fitoen orqanizmin oksidləşdirici stressə qarşı müqavimətini artırır. Bu isə yaşlanma prosesinin ləngiməsi və neyrodegenerativ xəstəliklərin riskinin azalması ilə əlaqələndirilir.

Tədqiqatçılar qeyd edir ki, insanlar bu maddəni digər karotenoidlərlə müqayisədə daha çox qəbul edir və fitoen orqanizmdə, xüsusilə də dəridə toplanır. Bu səbəbdən balanslı qidalanma çərçivəsində tərəvəz və meyvələrin müntəzəm qəbulu tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun