Diyetoloq Yelena Solomatina bildirib ki, adi su vasitəsilə yumurtanın təzə olub-olmadığını asanlıqla müəyyən etmək mümkündür.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu sadə üsul həm də qida təhlükəsizliyi baxımından faydalıdır.
Mütəxəssis izah edib ki, yumurtanı bir stəkan suya salmaq kifayətdir. Əgər yumurta suyun dibinə batırsa, bu onun təzə olduğunu göstərir. Əksinə, suyun üzərində qalırsa, artıq köhnədir və istifadəsi məsləhət görülmür.
Solomatina qeyd edib ki, yumurta nə qədər uzun müddət saxlanılarsa, onun üzərində bakteriyaların, xüsusilə salmonella riskinin artma ehtimalı yüksəlir. Bu səbəbdən də köhnə yumurtalardan istifadə təhlükəli ola bilər.
Diyetoloq tövsiyə edir ki, alış zamanı mümkün qədər təzə yumurtalara üstünlük verilsin və 25 gündən artıq saxlanılmış məhsullar alınmasın.