Tibbi xəbərlər
Üzü üstə yatmağın insan sağlamlığına 4 zərəri
Tibbi xəbərlər
886

Üzü üstə yatmağın insan sağlamlığına 4 zərəri - Həkimdən XƏBƏRDARLIQ

Üzü üstə yatmağı sevənlər ürək-damar sistemində problemlər yaşaya, baş ağrıları və digər patologiyaları inkişaf etdirə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə doktor Toni Nalda xəbərdarlıq edib. O , “The Mirror” jurnalına verdiyi şərhdə bu vəziyyətdə yatmağın təhlükələrindən danışıb.

Həkim izah edib ki, üzü üstə yatmaq sinə və diafraqmaya təzyiq nəticəsində ürək xəstəliyinə səbəb ola bilər. Bu, qan dövranını və normal nəfəs almasını çətinləşdirir.

Həmçinin, mütəxəssis xəbərdarlıq edib ki, üzü üstə yatmaq baş ağrısına səbəb ola bilər, çünki bu vəziyyətdə baş həmişə yan tərəfə çevrilir və boyun əzələləri buna görə həddindən artıq gərginləşir.

Bu narahat vəziyyətdə yatmaq səbəbiylə bel ağrısı da yarana bilər. Üzü üstə yatmaq onurğanın fizioloji olmayan təbii əyrisini düzəldir. O, həmçinin uyuşma, əllərdə sızıldama, əsəblərin sıxılması və digər nevroloji simptomlara səbəb olur.

Nalda xarici görünüşünə önəm verənlərə üzü üstə yatmaqdan çəkinməyi də tövsiyə edib. Üzü üstə yastıqda yatdığınız zaman dəriniz daim sıxılmış vəziyyətdə olur və bu səbəbdən üzünüzdə vaxtından əvvəl qırışlar əmələ gəlir.

Həkim arxa və ya böyrü üstə yatmağı tövsiyə edib. O, bunu böyrü üstə yatmağın yuxu apnesinin inkişaf riskini minimuma endirdiyini, arxa üstə yatmağın isə onurğa sütununa faydalı olduğunu söyləməklə izah edib.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun