Tibbi xəbərlər
Xaricdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri imtahana cəlb olunacaq - ƏMR
Tibbi xəbərlər
151

Xaricdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri imtahana cəlb olunacaq - ƏMR

Xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.

E-saglam.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 1 ay müddətində imtahanın keçirilməsi qaydası barədə Nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq.

İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq kadr məsələləri üzrə komissiyaya təqdim ediləcək.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun