Tibbi xəbərlər
Xəstəyə donuz böyrəyi köçürüldü
Tibbi xəbərlər
1797

Xəstəyə donuz böyrəyi köçürüldü - DÜNYADA İLK

Bostondakı Massaçusets Ümumi Xəstəxanasının cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər.

E-saglam.az xəbər verir ki, bu barədə “Boston Globe” məlumat yayıb.

Bildirilib ki, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slaymanın əməliyyat müddəti dörd saat çəkib. 

Xəstəxananın məlumatına görə, xəstə sağalır və tezliklə evə buraxılacaq.

Transplantasiyadakı bu irəliləyiş sayəsində orqan dəyişdirilməsinə ehtiyacı olan xəstələrin gələcəkdə onları xüsusi yetişdirilmiş geni dəyişdirilmiş donuzlardan qəbul edə biləcəkləri gözlənilir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun