Tibbi xəbərlər
Yanlış pəhriz qaraciyərə zərər verir
Tibbi xəbərlər
959

Yanlış pəhriz qaraciyərə zərər verir - Qidalanmada bunlara diqqət edin

Yanlış qidalanma qaraciyərə zərər verir.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, qaraciyər çatışmazlığının bir çox səbəbləri var. Bunlardan biri də yanlış pəhriz və el arasında ağızdan-ağıza gəzən üsullar ilə arıqlamaqdır.

Mütəxəssis diyetoloq Şükrü Can Gülşen bildirib ki, qaraciyərdə yağdan yox, əzələ toxumamızdan versək təhlükəlidir: "Qaraciyər əzələ toxumasını bərpa etmək üçün normaldan 2-3 dəfə daha sürətli işləməyə başlayır. Bu, qaraciyərin özünü məhv etməsi deməkdir və beləcə qaraciyər çatışmazlığı başlayır. Belə bir vəziyyətdə qaraciyər, bədənə gərəkli toxumalara kifayət qədər vitamin və mineral göndərə bilmir və daha sonra immunitet sistemi çökür". 

Arıqlama çayları ilə diqqətli olun

Qaraciyəri məhv edən hallar belə sıralanır:

Arıqlamaq adı altında dərman və çayların səhv və həddindən artıq istifadəsi,

Həkim məsləhəti olmadan pəhriz saxlamaq,

Qida əlavələri, yəni idman qidaları istehlak etmək ,

Spirt istifadəsi,

Hepatit A, B və C viruslarına bağlı Hepatit xəstəliyi,

Zəhərli göbələklər.

Qaraciyəri təmizləyən qidalar

Qırmızı çuğundur,

Yemişan,

Qara tut,

Qreypfrut,

Limon qabığı və özü,

Sarımsaq,

Ənginar (artişok),

Avokado,

Ananas,

Zərdəçal.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun