Tibbi xəbərlər
Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün
Tibbi xəbərlər
188

Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün laboratoriya yaradılacaq

Yaponiyada Ebola virusu və Lassa qızdırması da daxil olmaqla ən ölümcül patogenlərin öyrənilməsi üçün bioloji laboratoriya yaradılacaq.

E-saglam.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, laboratoriya dekabr ayında hələ sınaq rejimində işə başlaya bilər. O ölkənin cənub-şərqindəki Naqasaki Universitetinin nəzdində yerləşəcək. Yaponiyada maksimum biotəhlükəsizlik səviyyəsi dörd (BSL-4) olan bir laboratoriya var, lakin onun fəaliyyəti çox məhduddur - əsasən onun vəzifəsi patogenlərin özlərini öyrənmək deyil, çirklənməni aşkar etmək üçün testlər keçirməkdir.

Xatırladaq ki, dünyada 60-a yaxın analoji bioloji laboratoriya var.

© Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun