Tibbi xəbərlər
1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün
Tibbi xəbərlər
290

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin müalicə masajı ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2024/2025-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb.

Bu barədə E-saglam.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan orqanizmin funksiyalarının 81-100 və 61-80 faiz pozulmasına görə gözdən əlilliyi (1-ci və 2-ci dərəcəli gözdən əlil) müəyyən edilmiş abituriyentlər aşağıda göstərilən sənədləri avqustun 13-dən 20-dək (saat 17:00-dək) Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:

-Tibbi Sosial Ekspert komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;

-Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);

-Abituriyentin elektron ərizəsi.

Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50 dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Qeyd: Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul ilə bir yerdə aparılacaq.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun