Tibbi xəbərlər
15 il bir cür yemək yedi -
Tibbi xəbərlər
182

15 il bir cür yemək yedi - Huşunu itirib xəstəxanaya düşdü

Yalnız bir qida ilə sağ qalan insanın hekayəsi səhiyyə dünyasında sinqa xəstəliyinin varlığını kəşf etməyə gətirib çıxarıb.

C vitamini çatışmazlığından yaranan bu xəstəlik diş ətinin qanaması, dəridə göyərmə kimi əlamətlərlə özünü göstərir.

Britaniyalı yeniyetmə son 15 ildə əsasən toyuq naggetsləri bəzən isə çipsi yediyi üçün huşunu itirərək xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı 17 yaşlı Stasi İrvinin iki yaşından bəri toyuq naggetsləri yediyi məlum olub. Müayinələrin nəticəsini alan həkimlər ona rasionunu dəyişməyəcəyi təqdirdə ölümünü gözləməli olduğunu deyiblər.

Çünki müayinələr onda vitami çatışmazlığı olduğunu, bu cür davam edəcəyi təqdirdə isə orqan çatışmazlığı ilə qarşı-qarşıya qalacağını deyib.(lent.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun