Tibbi xəbərlər
3 aylıq "quyruqlu" körpə
Tibbi xəbərlər
260

3 aylıq "quyruqlu" körpə əməliyyat olundu

Hindistanda 3 aylıq “quyruqlu” körpə əməliyyat olunub.

E-saglam.az xəbər verir ki, həkimlər çox nadir hallarda rast gəlinən "insan quyruğu"nu cərrahi yolla çıxarıblar.

“The Times of India” qəzetinin məlumatına görə, Sind əyalətinin Haydarabad şəhərində yaşayan ailə yanvar ayında körpələrində "quyruq" olduğu üçün xəstəxanaya müraciət edib.

Hindistan Tibb Elmləri İnstitutunun cərrahlar qrupu körpənin "quyruğunu" götürmək üçün əməliyyat keçirməyə qərar verib.

"Bu, çox nadir bir xəstəlikdir və tibb tarixində cəmi 40 belə hadisə qeydə alınıb", - əməliyyatı həyata keçirən həkimlərndən biri bildirib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun