Tibbi xəbərlər
65 gün komada qalmışdı, sağaldı
Tibbi xəbərlər
619

65 gün komada qalmışdı, sağaldı – FOTO

65 gün koma vəziyyətində müalicə alan qadın evə buraxılıb.

 

E-saglam.az xəbər verir ki, bu barədə Yeni Klinikanın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, Şamaxı Abbasova klinikaya böyrək daşı, sepsis, poliorqan çatışmazlığı diaqnozları ilə qəbul edilib. Daha sonra sepsisə ikinci mərhələdə kəskin tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub və bu səbəblə xəstə süni tənəffüs aparatına qoşulub.

3 aya yaxın klinikanın Reanimasiya şöbəsində, daha sonra Terapiya şöbəsində stasionar müalicə alan xəstə multidisiplinar yanaşma sayəsində ağır vəziyyətdən xilas edilərək ambulator müalicə üçün evə yazılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun