Tibbi xəbərlər
Azərbaycanda könüllü tibbi sığortaya maraq azalıb
Tibbi xəbərlər
468

Azərbaycanda könüllü tibbi sığortaya maraq azalıb

Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

E-saglam.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 68 milyon 635 min manat təşkil edib.

 Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 909 min manat və ya 3% azdır.

Ötən ilin yanvar-mart aylarında bu göstərici 70 milyon 544 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 20 milyon 262 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 222 min manat və ya 19% çoxdur.

Ötən ilin eyni dövründə 17 milyon 41 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 30% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 25% təşkil edib. /fed.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun