Tibbi xəbərlər
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı
Tibbi xəbərlər
461

Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi xəstəliklə 886, Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) virusunun törətdiyi xəstəliklə 169 nəfər qeydə alınıb.

E-saglam.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan İİV xəstələrinin sayı 10692, QİÇS xəstələrinin sayı isə 2844 nəfərdir. Tibb müəssisələrində qeydiyyatda olan QİÇS xəstələrindən 22 nəfər 0-17 yaş aralığında olan şəxslərdirlər.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun