Tibbi xəbərlər
Azərbaycanın ən böyük klinikalarından birində
Tibbi xəbərlər
1641

Azərbaycanın ən böyük klinikalarından birində YENİ TƏYİNATLAR

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına (TCK) yeni direktor və baş həkim təyinatı olub.

E-saglam.az xəbər verir ki, bu barədə ATU məlumat yayıb.

Bildirilib ki, səhiyyə nazirinin əmrinə əsasən, klinikanın direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.

Yeni direktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun