Tibbi xəbərlər
Balıq yağı geniş yayılmış qorxunc xəstəliyin
Tibbi xəbərlər
396

Balıq yağı geniş yayılmış qorxunc xəstəliyin qarşısını alır

Balıq yağı (omeqa-3) demansiyanın qarşısını almağa kömək edə bilər.

E-saglam.az gazeta.ru-ya istinadla xəbər verir ki, Alzheymer xəstəliyi və qocalıq ağılsızlığının inkişaf riskini azaltmağın bu yolunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuhra Pavlova aşkar edib.

O, balıq yağının koqnitiv pozğunluqların qarşısının alınması üçün faydalarının son araşdırmalarla sübut olunduğunu deyib.

Pavlova bildirib ki, bir il balıq yağı qəbul edən insanlarda beyin hüceyrələrinin zədələnməsi kəskin azalıb.

Eyni zamanda, endokrinoloq vurğulayıb ki, bütün yaşlı insanlar balıq yağı qəbul etməməlidir, çünki omeqa-3-ün çoxluğu zərər verə bilər.(Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun