Tibbi xəbərlər
Bu ilin dörd ayında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib
Tibbi xəbərlər
475

Bu ilin dörd ayında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən E-saglam.az-a verilən məlumata görə, onlardan 3,5 mini təkərli oturacaq (o cümlədən 6-sı mühərrikli təkərli oturacaq), 835-i aşağı və yuxarı ətraf protezi, 944-ü eşitmə aparatı, 953-ü qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 1073 cüt protez ayaqqabı, 1,8 min cüt ortopedik ayaqqabı, 29 korset və sair reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 4 ayında ümumilikdə 5,5 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun