Tibbi xəbərlər
Bu qulaqlıqlar eşitmə cihazı olacaq
Tibbi xəbərlər
141

Bu qulaqlıqlar eşitmə cihazı olacaq

“Apple” şirkəti “AirPods Pro 2” simsiz qulaqlıqlarını eşitmə cihazı kimi istifadəyə verəcək.

E-saglam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Bildirilib ki, şirkət bununla bağlı Qida və Dərman Administrasiyasının (FDA) icazəsini gözləyir.

Məlumata görə, mobil aksesuarlar iOS 18-ə uyğun “iPhone” və ya “iPad”lə birləşdirildikdə eşitmə cihazı kimi işləyə biləcək.

Yeniliyin “HAF” adlı proqram təminatı əsasında oktyabr-dekabr aylarında reallaşacağı bildirilir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun