Tibbi xəbərlər
Dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi
Tibbi xəbərlər
281

Dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi təsdiqlənib

Azərbaycanda dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi təsdiqlənib.

E-saglam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Səhiyyə Nazirliyi dərman vasitələrinin təqib və izləmə sisteminin iştirakçılarının həmin sistemə çıxışını təmin edəcək.

Sistemdə toplanılmış fərdi məlumatların işlənilməsinin məqsədi dərman vasitələrinin təqib və izlənilməsi sahəsində effektiv tədbirlərin görülməsidir.

Sistemin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Sistemdən istifadə ödənişsizdir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun