Tibbi xəbərlər
Dərmanlar niyə
Tibbi xəbərlər
323

Dərmanlar niyə baha və keyfiyyətsizdir?

Son illər ölkəmizdə hamı dərman preparatalarının keyfiyyətsizliyindən gileylənir.

Bu da azmış kimi dərmanların artan qiymətləri də əlavə problemə çevrilib. 

Bəs görəsən bu bahalaşmaya nə səbəb olur?

İqtisadçı Samirə Kazımova Hit.az-a bildirib ki, birinci səbəb pandemiyadan sonrakı total bahalaşmadır:

"İkinci ən böyük səbəb Tarif şurasının əvvəldən aldığı, əhalinin gəlirlərini düşünən, amma nəticədə bazarı boşaldan bəzi yanlış aşağı qiymət siyasəti nəticəsində keyfiyyətli və yüzillik brendlərin ölkəni tərk etməsidir. Boşalan bazara ehtiyacı ödəmək üçün ucuz alternativ axtarışı tətbiq edildi. Ən yaxşı alternativ isə 3-cü dünya ölkələrindən gələn ⁷ucuz  mallar oldu. Bu malların hansı şərtlər altında istehsal olunması barədə məlumatımız yoxdur.  Yerli istehsalın olmaması, hər  xırda detalın ixrac edilməsi, gömrükdə tətbiq olunan ədv və yüksək depolama xərcləri də qiymət artımına əlavə stimul verir".

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun