Tibbi xəbərlər
Gürcüstandan Azərbaycana dərman preparatlarının qanunsuz keçirilməsinin
Tibbi xəbərlər
406

Gürcüstandan Azərbaycana dərman preparatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə baxış keçirib.

E-saglam.az Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı yanacaq çəninin içərisindən müxtəlif adda 920 flakon, 515 konvolyut və 400 ədəd dərman preparatları, müxtəlif növ stomatoloji ləvazimatlar və 9 000 ədəd tütün məmulatı aşkar edilərək ölkə ərazisinə qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.

Gürcüstandan Azərbaycana gələn digər nəqliyyat vasitəsinin qoşqusunda isə kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 002 qutu pirotexniki vasitə aşkar edilib.

Aşkar olunan faktlarla əlaqədar Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi araşdırma aparır.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun