Tibbi xəbərlər
İDDİA: Vəziyyəti ağır olan xəstəni M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
Tibbi xəbərlər
948

İDDİA: Vəziyyəti ağır olan xəstəni M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi qəbul etməyib

Goranboy Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə gətirilən xəstəyə göndərilməli olduğu Bakıdakı tibb müəssisəsində yaxın duran həkim tapılmayıb.

E-saglam.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Xəstənin yaxını bildirib ki, Bakıya, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təqdim edilməli olan bütün sənədlər hazırlanıb. Amma Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin zənginə baxmayaraq, Elmi Cərrahiyyə Mərkəzində xəstəni heç kim qəbul etmək istəməyib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun