Tibbi xəbərlər
İlin sonunadək Kliniki Tibbi Mərkəzdə
Tibbi xəbərlər
215

İlin sonunadək Kliniki Tibbi Mərkəzdə angioqrafiya mərkəzi qurula bilər

"Bu gün Kliniki Tibbi Mərkəzdə 40-a yaxın şöbə fəaliyyət göstərir. Hədəfimiz odur ki, ilin sonuna kimi Kliniki Tibbi Mərkəzdə angioqrafiya mərkəzi qurulsun və ürək mərkəzi kimi fəaliyyət göstərsin".

E-saglam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Kliniki Tibbi Mərkəzin təsis edilməsinin 110-cu ildönümünə həsr edilmiş tədbirdə çıxış edərkən deyib.

V.Qurbanov qeyd edib ki, son beş il ərzində Kliniki Tibbi Mərkəz daha sürətlə inkişaf edib. O bildirib ki, həm koronovirus pandemiyası, həm də Vətən müharibəsi dövründə bu mərkəzin həkimləri xəstələrə yüksək səviyyədə xidmət göstəriblər.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun