Tibbi xəbərlər
Karantin müddətinin azaldılma səbəbi AÇIQLANDI
Tibbi xəbərlər
241

Karantin müddətinin azaldılma səbəbi AÇIQLANDI

Azərbaycanda bu gündən etibarən test nəticəsi pozitiv olan şəxslərin və onlarla sıx təmasda olmuş şəxslərin təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.

E-saglam.az xəbər verir ki, bu barədə  Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib:

“Çünki son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də ABŞ-da xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi”.

F.Sədirov onu da əlavə edib ki, yeni qərarın verilməsi “Omikron” ştammı ilə əlaqədardır: 

“Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun