Tibbi xəbərlər
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb
Tibbi xəbərlər
1469

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov E-saglam.az-a bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun